Qurban Qurbanovun millidən gediş planı: Sağdakı hazırlayıb, soldakı(lar) icra edib

31 Mart 17:45 Azərbaycan Futbolu 1 037
Qurban Qurbanovun millidən gediş planı: Sağdakı hazırlayıb, soldakı(lar) icra edib

Bu adam(lar) Qurban Qurbanovun milli komandadan gedişinə zəmin yaradan(lar) olub.

Sağdakı planı hazırlayıb, soldakı(lar) icra edib.

Soldakının mətbuata səs-küylü danışığını ikicə dəfə görmüşəm.

İkincisi dünən baş tutub - yeni AFFA rəhbərliyində təmsil olunmayacağı dəqiqləşəndən sonra.

Birincisi isə Azərbaycan millisinin Kosovo ilə tarixinin ən ağır oyununa çıxandan saatlar öncə olmuşdu. Söhbət Qurbanovun gedişi üçün qurulan planın bir tərkib hissəsi olan açıqlamadan gedir.

AFFA-dan onun kimi futbol adamları heç də az deyil.

Heç vaxt da həmin futbol adamlarından AFFA-da qəhrəmanlıq etməsini gözləməmişəm. Hansı sistemin halqası olduqlarını gözəl başa düşdüyüm üçün.

Mənə hər zaman təsir edəni bu adamların yaltaqlıq etməsi olub. Futbolçu kimi qazandıqları ada, şana-şöhrətə yaraşmayacaq yaltaqlıq. Əminəm ki, heç kim onlardan yaltaqlıq etməyi tələb etməyib. Sadəcə onlar bu yolu seçiblər. Məhz 20 il hansısa kreslonu zəbt etmək üçün. Heç fikirləri saya alınmırdı deyə istefa vermələrini də tələb etmirəm.

Bəs susmağa nə söz?

Bir işə yaramadıqlarını özləri də səmimi etiraf edirlər.

Bizi incidən, üzən, narahat edən İsgəndər kimilərin bir işə yaramaması deyil, bununla bərabər etdikləri yaramazlıqlardır.

Lazım olanda mətbuat önünə çıxmaq, Elxan Məmmədovun “əlinə oynamaq”, şəxsi mənfəətinə naminə danışmaq və.s.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU