Samir Abasov "Neftçi"ni necə "QAPAZALTI" EDİB?

28 Fevral 2021 00:42 Araşdırma 1 404
Samir Abasov "Neftçi"ni necə "QAPAZALTI" EDİB?

Samir Abasov “Neftçi”nin baş məşqçisi kimi Premyer Liqada ilk məğlubiyyətə uğrayıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Premyer Liqanın 17-ci turunda “Zirə”yə səfər matçında uduzub (0:1).

S.Abasov 2020-ci ilin noyabrın 11-də “Neftçi”də rəsmi fəaliyyətə başlayıb. Bundan sonra onun rəhbərliyi altında komanda bugünkü matça qədər Premyer Liqada keçirdiyi 7 oyunun 6-da qələbə qazanıb, yalnız 1-də heç-heçə edib.

Bu, son illər “Neftçi”nin ən yaxşı nəticələrindən hesab olunmalıdır. Təsadüfi deyil ki, bu uğurlar sayəsində hazırda "Neftçi" turnir cədvəlində liderdir.

Maraqlıdır ki, "Neftçi"nin son 7 Premyer Liqa matçındakı yeganə heç-heçə də ikinci dövrədə “Zirə” ilə oyunda qeydə alınmışdı (0:0).

Komanda Abasovun rəhbərliyi altında Premyer Liqadakı 8-ci görüşdə ilk dəfə uduzub. Xal itkisi bu dəfə də “Zirə” ilə matçda qeydə alınıb.

Azərbaycan kubokunun bu mövsüm keçirilən 1/4 final matçında da Sadıqovun rəhbərlik etdiyi “Zirə” Samir Abasovlu “Neftçi”ni mübarizədən kənarlaşdırıb (1:0, 0:0).

Digər Xəbərlər
Xəbər Lenti