Qarabağ ermənilərinin yığdığı meyitlərin sayı 1287 oldu

27 Yanvar 2021 02:52 Araşdırma 687
Qarabağ ermənilərinin yığdığı meyitlərin sayı 1287 oldu

Azərbaycan erməni tərəfə daha bir hərbçinin meyitinin qalıqlarını təhvil verib.

Sportinfo.az Ermənistan XİN-nə istinadən bildirir ki, bu haqda Qarabağdakı qondarma qurumun “təmsilçisi” Unan Tadevosyan danışıb.

Erməni hərbçinin meyiti Suqovuşan istiqamətində aşkarlanıb. Onun üzərində sürücülük vəsiqəsi olduğundan şəxsiyyətini müəyyənləşdirmək çətin olmayıb.

Məlumata görə, meyiti tapılan 1993-cü il təvəllüdlü Aşot Levonoviç Xaçatryandır.

O, döyüşlərə qatılan muzdlulardandır. Tadevosyan bildirib ki, daha 3 meyit Cəbrayıl ərazisindən tapılıb. Bu gün Qarabağ erməniləri axtarışları Hadrutda davam etdirəcəklər.

Son məlumata görə, indiyədək 1287 meyit tapılıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM