"İmkan verin, balalarımı gətirim evimə -  Niyə qarşı tərəfi qızışdırırsız?"

9 Yanvar 19:00 Araşdırma 1 004
"İmkan verin, balalarımı gətirim evimə -  Niyə qarşı tərəfi qızışdırırsız?"

Yaxınlarda mətbuatda belə bir xəbər yayıldı ki, qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov yenidən həbs edilə bilər.

Belə ki, prokurorluq oktyabrın əvvəlində vaxtından əvvəl azadlığa buraxılan E.Məcidovla bağlı məhkəməyə müraciət edib.

Porkurorluq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məcidov Ehram Xudu oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsinə dair qərardan apelyasiya protesti verib.

İttihamçı tərəf qərarın ləğv edilməsini, E.Məcidovun həbs edilərək cəzasını cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilir.

Hadisə E.Məcidov və yoldaşının boşanmasından sonra uşaqla ünsiyyətə görə baş vermişdi. Çempion övladı ilə görüşmək üçün məhkəmə icra məmuruna müraciət edib və qayınatası Bəhruz Dilbazi ilə birgə məmurun otağında görüşüblər.

İddiaya görə, həmin zaman Dilbazinin keçmiş kürəkənini söyməsinə görə E.Məcidov onu beşbarmaqla vurub.

Ehram Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 27-də isə Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 3 il artıraraq 6 il 6 ay etmişdi.

E.Məcidov Sportinfo.az-a açıqlamaasında haqqında yayılan bu xəbərlərə münasibət bildirib: Haqqımda yanlış məlumatı veriblər. Müstəntiq qeyri-peşəkar apardığı istintaq nəticəsindəəvvəlki qərarlar çıxarılıb.

O, həmin vaxt Binəqədi rayonunda işləyirdi. Binəqədidə Məhkəmə Qərarlarının İcra Şöbəsində 10 nəfərdən çox icra məmuru var. Müstəntiq onların hər birinin izahatını alıb, hamısı qol çəkib, o da özüylə aparıb.

Üstündən 3-5 gün keçəndən sonra müstəntiq hadisə olan yerə - Binəqədi rayon icra şöbəsinə gəlib. Bir-iki hərf səhvi olduğu üçün «təcili izahata yenidən qol çəkin» deyib.

İcra işçiləri özləri məhkəmədə deyir ki, bir yerdə işlədiyimiz adamdır, izahatları oxumadan yenidən qol çəkdik. Dedilər ki, nə bilək, o gedib izahatları dəyişər?

Guya, mən beşbarmaqla kişini vurmuşam. Bunlar hamısı tamamilə yalnış məlumatlardır. Mən balalarımla görüşməyə getmişəm, kişi əsəbiləşib və mənimlə bir az kobud danışıb, söyüş söyüb.

Əlbəyaxa olduq, bir az dalaşdıq. Amma mən orada heç kimə beşbarmaq çıxarıb vumamışam. Bunlar hamısı qurama böhtandır. Məhkəmə istintaqı Ağır Cinayətlərə verdi.

Məhkəməni aparan hakim Eldar İsmayılov idi. Bütün şahidləri ora çağırdı, məlum oldu ki, burada beşbarmaq olmayıb. Hamı təsdiq etdi ki, kişi kobudluq etdi, söyüş söydü və hər ikisi əlbəyaxa oldu.

Yəni, o da vurub, mən də. Müstəntiq kişinin tibbi ekspertizaya getməsini bizə xəbər verməli idi. Mənim də vəkilim var. O, məlumat vermədən gedib, ekspertizada rəyi ağırlaşdırıb, sənədə «ağır xəsarətlər» yazdırıb.

Təzədən biz ekspertə getdik ki, bəs bu nə rəydir vermisən? Dedi ki, vallah, mənlik deyil. Müstəntiq gəlib dedi ki, belə yazın, biz də elə yazıb verdik.

Burada tibbi ekspertin də günahı var. Ağır xəsarətlərə rəy verməklə bağlı. Ağır xəsarətlərə görə işi gətirib çıxartdılar Ağır Cinayətlərə. Buna kimi bizim məhkəməmiz Binəqədidə idi və «az ağır xəsarət» maddəsiylə gedirdi.

Məhkəmə istintaqında məlum oldu ki, işçilər belə izahat verməyib. Onlar özləri dedilər ki, biz belə izahat verməmişik. İşçilər dedi ki, hanı birinci izahatlar?

Gəlib iş vaxtında istifadə etmisən və yeni izahatlara qol çəkdirmisən. Şahidlərin bu ifadələrinə görə məhkəmə müstəntiq apardığı istintaqı rədd elədi. Amma «ağır xəsarətlər»i ekspertin rəyinə əsasən saxladı.

Halbuki birincidə ekspert də rəy vermişdi ki, burada beşbarmaq zərbəsi yoxdur. Yəni, bu insan beşmarmaqla vurulmayıb, ona əl zərbəsi dəyib, bu, yumruq zərbəsi nəticəsinə alından xəsarətdir.

Ağır Cinayətlər səhv istintaq apardığına görə müstəntiq barəsində xüsusi qərar da çıxartdı. Hakim Eldar İsmayılov apardığı qərəzli istintaqa görə ona töhmət verdi, çıxartdığı bütün maddələri rədd elədi.

Çünki orada beşbarmaq, xüsusi amansızlıq yox idi. Mənim üstümə «xuliqanlıq» maddəsi qoyulmuşdu. Niyə düşmənçilik aparırdı, özü bilər. Burada müəyyən olundu ki, belə şeylər yoxdur.

Mən 5 ildir balalarımı görmürdüm. Onlarla görüşməyə getmişdim. Niyə yazırsan ki, xuliqanlıq edib? Mən xuliqanlıq etməyə getmişəm? Oturub balalarımla söhbət edirəm.

Məhkəmənin dəvətiylə mən ora getmişəm, deyilən saatda balalarımla görüşmüşəm. Kişi də gəlib haray salıb. Hələ mənə də xəsarət yetirmişdi, barmağım qırılmışdı.

Məhkəmənin qərarı ilə mənə 3 il 6 ay iş kəsdilər. Apellyasiya Məhkəməsinə şikayət verdik. Təzədən gəldi müstəntiq hay-haray saldı. Hardansa məhkəməyə təzyiq olundu. O da cəzanı qaldırdı 6 il 6 ay elədi.

Mən türməyə getdim, bunlar yenidən işi verdilər Ali Məhkəməyə. Ali Məhkəmə də işə baxdı, gördü ki, burada qətiyyən xuliqanlıq hadisəsi yoxdur. Kişi özü dili ilə deyirdi ki, biz Ehramla 3-5 saniyə əlbəyaxa olduq.

Bu müddət əlbəyaxa olmaq xuliqanlıq sayılmır. Xuliqanlıq odur ki, bilərəkdən nəsə edəsən. Birinci Ağır Cinayətlərdə gedən istintaqı ortalığa qoydular.

Xuliqanlıq maddəsi götürüldü. Apellyasiya Məhkəməsi istintaq eləmədən cəzanın müddətin qaldırmışdı. Gördülər ki, müstəntiqin birtərəfli, qərəzli qərarı var.

Bundan əlavə, töhməti var. 15 şahidin dediyi söz eynidir. Binəqədi rayon icra məmurlarından ikisi yazılı olaraq məhkəmədən xahiş etdi ki, müstəntiqin bizim adımızdan verdiyi yalan izahatı ləğv edəsiz.

Məhkəmə işçilərin izahatlarını yerində dəyişdirdi. Amma ekspertin rəy verdiyinə görə «ağır xəsarətlər» maddəsi yenə qüvvədə qaldı. Bu dəfə mənə 3 il cəza verdilər. Bu müddətin 2 il 2 ayını 17-ci cəzaçəkmə müəssəsində çəkmişəm.

Dövlət qanunu var ki, dustaq həbsdə olduğu müddətdə davranış qaydalarına riayət edirsə, heç bir səhvi yoxdusa, islah olubsa, maddələrə görə cəzanın 2/3-dən azad edilə bilər. Mənim nəsə nöqsanım olsaydı, yəqin ki, işimə təkrar baxmazdılar.

Məhkəmədən xahiş etdim ki, desinlər, həbs müddətində nöqsanım var, ya yox? Ədiliyyənin mənim haqqımda verdiyi rəylə və məhkəmənin qərarı ilə azadlığa buraxıldım ki, bu adam islah olunub.

Mən nə edirdim ki... İdmançı adamam, məşqimi edib, otururdum orda. İndi prokurorluq apellyasiya məhkəməsinə şikayət edib ki, məni tez buraxıblar. Hakimlər bəyəm dövlətin aliliyini qorumur?

Hakimin apardığı məhkəmə qanun deyil ki, bunu prokuror təzədən götürüb apellyasiya məhkəməsinə verib? Dövlət qanunları deyir ki, həbs olunmuş məhkum cəzanın 2/3 müddətində problem yaratmayıbsa, yerdə qalan cəza müddətindən azad oluna bilər. İslah olunan adamı içəridə saxlamağın nə mənası var?

Mənə də baxıb, görüblər ki, özümü normal aparmışam, buraxıblar. »Xocalı» İdman Klubunun direktoruyam. Çoxlu idmançılarım, tələbələrim var. Mənim cəbhə bölgəsində - Naxçıvandan ta Qarabağa kimi tələbələrim əsgərdilər, Vətən uğurunda döyüşürlər.

Şəhid olanları da var. Hal-hazırda cəbhədə olanları, oradan yeni qayıdanları da var. Deməyim odur ki, mən bu gün də dövlətə, ölkəyə qulluq edirəm. 5 dəfə dünya çempionu olmuşam.

Peşəkarlar arasında Avropa kəmərinin sahibiyəm. Düzdür, bunların cinayətimə aidiyyatı yoxdur, amma mən sıradan bir adam deyiləm. Bandit deyiləm, öz işimin üstündə olan insanam.

Bir müddət əvvəl bərk soyuqlayıb xəstələnmişdim. İndi məhkəməni qeyri-müəyyən vaxta saxlayıblar. Yəqin ki, yanvarın 18-dən sonra Apellyasiya Məhkəməsi işə baxacaq.

Uzun müddət milli komandanın məşqçisi olmuşam. «Neftçi» İdman Sağlamlıq Mərkəzində məşqçi çalışmışam. Bütün işim gücüm idmançı yetişdirmək, gənclərə vətənpərvərlik ruhunu aşılamaq olub.

Neçə-neçə şəhid ailələrinin övladlarını təmənnasız idmana dəvət edirəm. Məktəblərə gedib uşaqların vəziyyəti, sağlamlıqları ilə maraqlanıram.

Məqsədimiz Azərbaycan üçün təkcə idmançı yox, həm də sağlam gənclər yetişdirməkdir. Hərəmiz dövlətimizə bir cür qulluq edirik, yaşayırıq. Hərəmizin bir məqsədi var.

Mətbuat hadisələri insanlara çatdırır, bizim də işimiz gəncləri götürüb üzərlərində 15-20 il əziyyət çəkib, hansısa səviyyəyə çatdırmaqdır. Tələbələrim dövlət işində çalışırlar.

Bütün sahələrədə tələbələrim var. Bu gün prokurur düşüb üstümə. Qardaş, məni niyə tutursan? Bir bax, gör, hadisə nədir. Məsələ ailəmlə bağlıdır.

İndiyə kimi necə oldu ki, ailəmdə söz-söhbət olmadı? Bugünləri düşmüsüz üstümə. İmkan verin, balalarlmı gətirim evimə. Niyə qarşı tərəfi qızışdırırsız?

Hazırda federasiyada birinci vitse-prezident olaraq fəaliyyət göstərirəm. Sonunci dəfə 2015-ci ildə dünya ikincisi olmuşam. Ayağım 3 dəfə sındı deyə peşəkar idmandan uzaq qaldım.

Hazırda özümü yaxşı hiss edirəm. Düzdür, pandemiyaya görə zallara gedə bilmirik, amma evdə məşq edirik, çıxıb açıq havada qaçırıq. Artıq 41 yaşım var. Gələcəkdə veteranlar arasında yarışlara hazırlaşıram. Bundan əlavə, tələbələrim yetişir.

Gələn il fevral ayının 5-də tələbəm Rauf Gərəyzadə Türkiyədə peşəkar yarışa qatılacaq. Onu hazırlayıram. İşimiz idmanla bağlıdır. İdman mənim üçün hobbi yox, sənətdir.

Peşəkar boks şirkətinin prezidentiyəm. İki dəfə yarış keçirmişəm. Biri «Pullmar» oteldə, digəri "Dalğa Beach"də baş tutub. Yeganə promommotrs şirkətiyik ki, mənim əlimdə lisenziya var.

Peşəkar boksçularımızı birbaşa İngiltərədə yerləşən boks cədvəlinə azərbaycanlı idmançıları yerləşdirə bilirəm. Məqsədimiz odur ki, idman yolu ilə Xocalı soyqrımını bütün dünyaya çatdıraq.

Xocalıdan olan yeni nəsil yaranıb. O gənclər Xocalıya qayıdacaqlar. Bizim qan yaddaşımızı unutmaq olmaz. Xaricdən dəvət etdiyim idmançlara şəhidlərimiz barəsində məlumatlar verilir».

Digər Xəbərlər
Xəbər Lenti