
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixini rəsmən açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Olimpiya Oyunları 2021-ci ildə 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.
Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib.