COP29

Klub rəhbərliyi futbolçulara vermək üçün 350 manat tapa bilmir

2 May 08:50 Kəpəz 1 887
Klub rəhbərliyi futbolçulara vermək üçün 350 manat tapa bilmir

"Kəpəz"də işlər rəvan getmir. Daha doğrusu, "sarı-göylər"in əvəzedici komandasında.

Sportinfo.az pressing.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisinin "ikincilər"i uzun müddətdir ki, maaş üzünə həsrətdirlər.

Futbolçular 3 aydan artıqdır ki, məvacib ala bilmirlər. Başı əsas komandaya qarışan "Kəpəz" rəhbərliyi əvəzediciləri yaddan çıxarıb.

Bu da dublda çıxış edən futbolçuların durumunu xeyli pisləşdirib. Belə demək mümkünsə, rəhbərlik futbolçulara vermək üçün minimum əməkhaqqını - 350 manat tapa bilmir.

Bütün bunların təzahürüdür ki, gəncəlilər beş oyundur ki, qələbə qazana bilmirlər.

Bəzi futbolçular həm də Gəncə klubunun U-19 komandasında çıxış edirlər. Lakin həmin oyunçular, ümumiyyətlə, "qara qəpik" də almırlar.

Digər Xəbərlər
Xəbər Lenti