COP29

22 yaşlı 3 qat dünya çempionu Bakıda “Sportinfo”ya danışdı, məsləhət verdi

11 May 19:00 Müsahibə 826
22 yaşlı 3 qat dünya çempionu Bakıda “Sportinfo”ya danışdı, məsləhət verdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda titulliu atletlər iştira edir.

Onlardan biri də 3 dəfə dünya çempionu olan, 7 dəfə Dünya Kubokunun, 7 dəfə Avropa çempionatının qalibi adını qazanan Anna Yanssendir.

22 yaşlı xanım atıcı 50 metr məsafəyə 3 mövqe üzrə atəş açma növündə qızıl medal qazanmaqla Dünya Kubokunda 8-ci qələbəni bayram etdi.

Yarış başa çatandan sonra Anna Sportinfo.az-a verdiyi müsahibədə keçdiyi uğurlu yol barədə danışaraq gənc azərbaycanlı atıcılara resept verib.

- Həlledici mərhələdə Olimpiya çempionu olan Nina Kristeni məğlub etməyi bacardınız. Təəssüratlarınızı eşitmək istərdik.

- Bəli, finaldakı rəqibim Olimpiya çempionu idi. Titullarla zəngin olan çox yaxşı atletdir. Mənim üçün asan olmayacağını bilirdim. Həlledici mərhələdə düşünürdüm ki, Olimpiya çempionunu məğlub etmək möhtəşəm olar. Finala bu cür kökləndim və qələbə qazanmağı bacardım.

- Finaldakı rəqibinin Nina olduğunu biləndə, qalib olacağına inamın neçə faiz idi?

- Sona ikimiz qalanda aramizdakı xal fərqi 1,5 idi. Əslində, bu, ciddi fərq deyil. Amma söhbət finaldan gedirsə, böyük üstünlük sayıla bilər. Final atışlarından əvvəl fərqi görəndə qalib gələcəyimi hiss etmişdim.

- 22 yaşınız olsa da, indiyə qədər mümkün titulların hamısına sahib olmusunuz. Çatışmayan Olimpiada “qızılı”dır. Paris-2024-də vəsiqənin bir addımlığındasınız. Fransada nəyə ümid edirsiniz?

- Hələ də Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Yarışlar davam edir. Bunu bacaracağıma ümid edirəm. Əlimə silah götürdüyüm istənilən yarışda ən yüksək nəticəyə köklənirəm.

- Rəqiblərinlə müqayisədə boyca ən hündür siz idiz. Boyun uca, ayaqların və əllərin uzun olması uğur qazanmaqda rol oynayır?

- Bunun vacib olduğunu düşünmürəm. Əksinə, hündür olmaq balansı qorumaq baxımından əlavə problem yaradır. Uğur qazanmaqda boy rol oynamır. Vacib olan öyrəşməkdir.

- 22 yaşınıza qədər 14 dəfə dünya və Avropa çempionu olmusunuz, Bakıda 4-cü dəfə Dünya Kubokunun qalibi adını qazandınız. Bunun sirri nədədir? Azərbaycanlı atletlərə nələri məshələt görərdiniz?

- Bu işin başlıca sirri daha çox məşq etmək və öz gücünə güvənməkdir. Bəzən uğursuzluq olur, özün də istəmədən inamın itir. Belə durumlarda həvəsdən düşmək lazım deyil.

- Məşq etmək dediniz. Bu yerlərə çatmaq üçün gündə nə qədər məşq edirdiniz, yaxud edirsiniz?

- Standartlıq yoxdur, fərqli olur. Gündü 2-3 saat olmaqla həftədə 4-5 dəfə məşq edirəm, atəş açıram. Məncə, bundan da artıq çalışmaq olar.

Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"