COP29

İspaniyalı: "Biz indi şanslarımızdan daha yaxşı faydalanırıq"

11 May 17:00 Müsahibə 620
İspaniyalı: "Biz indi şanslarımızdan daha yaxşı faydalanırıq"

"Sabah"ın ispaniyalı müdafiəçisi Con İrasabal Sportinfo.az-a müsahibə verib.

- Komandanız Premyer Liqanın son turlarında qələbələri sıralayır. Bu barədə nə deyə bilərsən?

- Avrokubok uğrunda mübarizəni davam etdirmək üçün 3 xal bizim üçün çox əhəmiyyətlidir.. Matçlara bu hədəflə başlayırıq. Qalib gəldiyimizə görə şadam. Biz indi şanslarımızdan daha yaxşı faydalanırıq.

- Ardıcıl dördüncü oyunda meydandan 3 xalla ayrıla bildiniz. Renduliçin istədiklərini komandaya tam aşıladığını deyə bilərik?

- Bunun üçün çalışırıq. Hər birimiz qarşıdakı oyunlardan müsbət nəticə ilə ayrılmağa köklənmişik. Bu yolda ən əsas şey məşqçilərin məşqlərdə verdiyi tapşırıqlara tam əməl etməyimizdir. Əlimizdən gələni edirik. İnanram ki, qarşıdakı oyunlarda daha yaxşı olacaq.

- "Səbail"in baş məşqçisi oyunun qəhrəmanı kimi Yusif İmanovu göstərmiş oldu. Bu fikirlə razısan?

- Fikrimcə, qələbədə hər bir oyunçunun xidməti oldu. Əlbəttə, Yusif həmin oyunda çox möhtəşəm performans sərgilədi.

- "Səbail"ə vurduğun qolu necə şərh edərdin? O anda elə düşündüz, yoxsa ev tapşırığı idi?

- Bunun üzərində məşqlərdə çalışmışdıq. Komandaya kömək etmək həmişə çox xoşdur. Xüsusilə belə vacib bir matçda. Qolu kimin vurmasının elə də əhəmiyyəti yoxdur. Əsas odur, komanda 3 xal qazandı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"