Gənc şpaqaçılarımız Latviyanın paytaxtı Riqada dünya kubokunda çıxış ediblər.
Sportinfo.az xəbər verir ki, Ruslan Həsənov qrupda 6 görüşdən 4-ündə qalib gələrək, mərhələ adlayıb.
O, pley-offda ABŞ idmançısı Adrien Zein Sandlerə 9:15 hesabı ilə uduzub, yekunda 233 qılıncoynadan arasında 88-ci olub.
Fərrux Səfərov, Barat Quliyev və Xalid Əliyev mübarizəni erkən dayandırıblar. Komanda yarışında gənclərdən ibarət millimiz 1/32 finalda Estoniyaya 29:45 hesabı ilə uduzub.