Rusiya millisinin məşqçisi "Qarabağ"lı haqda: “Əlaqə saxlayırıq, tezliklə...”

15 Noyabr 2023 22:40 Qarabağ 750
Rusiya millisinin məşqçisi "Qarabağ"lı haqda: “Əlaqə saxlayırıq, tezliklə...”

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Avropa Liqasının qrup mərhələsinin IV turunun "Bayer 04"ə qarşı oyununda zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis 32 yaşlı qolkiperin Azərbaycan təmsilçisinin heyətində çox yaxşı oynadığını bildirib.

Kafanov Lunyovun bütün qələbələrdə böyük rol oynadığını söyləyib: "Təlim-məşq toplanışına qədər daim onunla əlaqə saxlayırdıq. O, tezliklə yaşıl meydanlara qayıdacaq".

Bakıdakı görüş Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçı sona qədər davam etdirə bilməyən Lunyovu 85-ci dəqiqədə Luka Quqeşaşvili əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 18:10 Çək və bizə göndər!
23 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 04:00 Cəlal oynadı, uduzdular
23 Sentyabr 02:40 "Neftçi"də 3 qız var ki...
23 Sentyabr 01:30 İlin ən yaxşı klubu - PSJ
23 Sentyabr 01:10 “Qızıl top”u o aldı