"Neftçi" 3 qolla ikinci pilləyə qayıtdı, "Turan” Qəbələdə qələbəni qopardı

13 Aprel 20:53 Premyerliqa 1 005
"Neftçi" 3 qolla ikinci pilləyə qayıtdı, "Turan” Qəbələdə qələbəni qopardı

Bu gün Premyer Liqanın 30-cu turu çərçivəsində 2 matç keçirilib.

Sportinfo.az xəbər verir ki, əvvəlcə autsayder "Qəbələ" "Turan Tovuz"u qəbul edib.

Tovuz təmsilşisi görüşdə 0:1 geridə olsa da, 81 və 90+5-ci dəqiqələrdə vurulan qollarla 2:1 hesablı əzmkar qələbə qazanıb.

Digər oyunda "Neftçi" evdə "Araz-Naxçıvan"la qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi xalını 47-ə yüksəldib və turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb.

Tura aprelin 14-də yekun vurulacaq.

13 aprel

16:30. "Qəbələ" – "Turan Tovuz" 1:2

Qollar: Əyyub Allaş 49 // Aleks Souza 81, Belajdi Pusi 90+5
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu

"Qəbələ":13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 30. Şahin, Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular:1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo, 53. Elnur İbragimov

Baş məşqçi:Kaxaber Tsxadadze

"Turan Tovuz":13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza

Ehtiyat oyunçular:1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 55. Raul, Məmmədov, 57. Cavid Qasımov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 80. Otto Con

Baş məşqçi: Ayxan Abbasov

19:00. "Neftçi" – "Araz-Naxçıvan" 3:0

Qollar: Brayan Moreno, 1, Rəhman Hacıyev, 45, İqor Ribeyro, 87-avtoqol

Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
"Neftçi Arena"

"Neftçi": 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç

"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike

Baş məşqçi: Elmar Baxşıyev

Xəbər Lenti