
Premyer Liqanın 25-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
4 komandadan cəzalı duruma düşən 5 futbolçu meydana çıxmaqdan məhrumdur.
Ən ağır zərbə “Sumqayıt”a dəyib. “Kəpəz”lə oyunda aparıcı müdafiəçilər Elvin Bədəlovla Abu Dosso cəza səbəbindən oynaya bilməyəcək.
Cəzalıların ümumi siyahısı belədir:
Elvin Bədəlov, Abu Dosso (hər ikisi “Sumqayıt”), Qismət Alıyev (Zirə), Feras Abu Akal (Qəbələ), Adil Nağıyev (Səbail).
Martın 1-də “Sumqayıt” - “Kəpəz”, ertəsi “Zirə” – “Turan Tovuz”, “Sabah” – “Araz-Naxçıvan”, martın 3-də “Qəbələ” – “Səbail”, “Neftçi” – “Qarabağ” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ