"Neftçi" elə bir transfer etdi ki… Milidə və erməni söhbətində QALMAQAL YARADAN

19 Dekabr 2021 09:40 Neftçi 24 905
"Neftçi" elə bir transfer etdi ki… Milidə və erməni söhbətində QALMAQAL YARADAN

"Neftçi" qış fasiləsinin ilk transer əməliyyatını gerçəkləşdirib.

Paytaxt klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu rənglərinə bağlayıb.

O, bu səbəbdən "Luqo" ilə 2 aylıq müqavilənin müddətini uzatmayıb. İyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalan, noyabrda "Luqo"ya baxışa gedən və bəyənilən yarımmüdafiəçi öz gələcəyini Sequndanın adıçəkilən təmsilçisində görməyib.

İspaniyanın aşağı liqa komandası da 29 yaşlı orta sahə oyunçusunun bu addımına anlayış göstərib.

2015-ci ildən Azərbaycan yığmasına dəvət alan Eddi son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda bu formanı geyinib.

İsrafilov gələn ilin ilk ayında İspaniyadan bura gələcək. O, vaxtilə millimizin şərəfini qoruduğundan, yerli oyunçu statusu ilə sifariş olunacaq.

Atası toqolu, anası azərbaycanlı olan yarımmüdafiəçi son 2 ildə yığmaya dəvət almamasının 2 səbəbi var.

O, öncə Slovakiya səfərindən öncə düşərgədə qalmaqala səbəb olub, Ramil Şeydayev və Qara Qarayevlə mübahisə edib.

Daha sonra hər bir azərbaycanlının qəlbinə toxunan hərəkəti ilə gündəmə gəlib.

Belə ki, futbolçunun anası oğlunun ermənilərin Azərbaycana qarşı insanlığa yaraşmayan təxribatlara yol verməsinə, torpaqlarımıza hücum etməsinə səssiz qalmasına, sosial şəbəkədə bununla bağlı mövqe bildirməməsinə haqq qazandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU