Azərbaycan və Malta yenidən qarşılaşacaq

27 Dekabr 2019 14:48 Milli komanda 976
Azərbaycan və Malta yenidən qarşılaşacaq

Azərbaycanın əsas millisi gələn il martın 30-da yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumatına görə, yığma səfərdə Malta yığması ilə qarşılaşacaq.

Görüşün keçiriləcəyi stadion və başlanma vaxtı hələlik bəlli deyil.

Azərbaycan millisi 2018-ci ildə UEFA Millətlər Liqasında Malta yığması ilə iki dəfə üz-üzə gəlib. Hər iki qarşılaşma eyni hesabla yekunlaşıb - 1:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti