Argentina millisinin müdafiəçisi ilə maraqlanır - Premyer Liqa nəhəngi

00:00 İngiltərə 81
Argentina millisinin müdafiəçisi ilə maraqlanır - Premyer Liqa nəhəngi

“Bornmut”un müdafiəçisi Markos Senesi “Liverpul”un əsas transfer hədəflərindən biridir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu mövsümün sonunda “Bornmut”u azad agent kimi tərk edəcək.

“Liverpul” isə bunu nəzərə alaraq, 28 yaşlı müdafiəçiyə ciddi maraq göstərir və tərəflər tezliklə danışıqlar aparacaqlar.

Eyni zamanda, “Tottenhem” də oyunçuyla maraqlanır.

Argentina millisinin üzvü olan Senesi bu mövsüm “Bornmut”da 35 oyunda meydana çıxıb və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti