Milli komandamızın sükanı arxasına keçməyə ən real namizəd olan Robert Prosineçki Türkiyədən təklif alıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, "Kayserispor" sabiq çalışdırıcısının xidmətində maraqlıdır. Dünən Bülənt Uyğunu istefaya göndərən Kayseri klubunun xorvatiyalı mütəxəssisi ikinci dəfə baş məşqçi postuna gətirmək üçün danışıqlara başladığı iddia olunur.
Qeyd edək ki, son olaraq Bosniya və Herseqovina yığmasına başçılıq edən Prosineçki 2012-2013 mövsümündə "Kayserispor"u çalışdırıb. 50 yaşlı məşqçi türk klubundan ayrıldıqdan sonra isə millimizin baş məşqçisi təyin olunub. AFFA Prosineçkini geri qaytarmaq üçün bir müddətdir danışıq aparır.

