COP29

"Neftçi"yə gəlmərəm" – Bütün söz-söhbətlərə son qoydu

25 Dekabr 2019 18:50 Milli komanda 1 950
"Neftçi"yə gəlmərəm" – Bütün söz-söhbətlərə son qoydu

Moskva "Dinamo"su heyətində saxlamaq istəmədiyi və Ramil Şeydayevi başqa klub tapması üçün məlumatlandırıb.

23 yaşlı hücumçu hazırda Bakıdadır. Onun xidmətində "Neftçi"nin maraqlı olduğu bildirilsə də, bu transferin reallaşmaq ehtimalı çox azdır.

Millimizin forvardının Moskva təmsilçisi ilə müqaviləsi ilin sonuna qədərdir. Buna rəğmən, ruslar onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa hazırdır. Şeydayevin karyerasını Rusiyada davam etdirəcəyi yüksək qiymətləndirilir.

Sportinfo.az-ın məlumatına görə, Ramil Bakıya şəxsi işlərinin arxasınca gəlib. O, eyni zamanda AFFA-nın bəzi rəsmiləri və menecerlərlə görüşüb.

İnişil "Qarabağ"ın formasını geyinən hücumçu onunla bir araya gələnləri təəccübləndirib. Şeydayev heç bir halda karyerasını Azərbaycanda davam etdirməyə hazırlaşmadığını elan edib.

Hücumçu keçmiş klubu "Krılya Sovetov" da daxil, Rusiyanın bir neçə elita təmsilçisindən təkliflər aldığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti