Millidə Prosineçkinin yerli köməkçiləri kimlər olacaq?

25 Dekabr 2019 20:05 Milli komanda 2 811
Millidə Prosineçkinin yerli köməkçiləri kimlər olacaq?

Yenidən millimizi çalışdırmağa razılıq verən Robert Prosineçki AFFA-nı məyus edib. Sportinfo.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis yerli köməkçilərini özü seçəcək.

O, federasiyanın bununla bağlı təklifini geri çevirəcək. Prosineçki ölkəmizdə işlədiyi ilk 3 ildə bütün məşqçiləri tanıdığını və təqdimata ehtayac duymadığını AFFA-nın diqqətinə çatdırıb.

Yaxınlarda Bosniya və Herseqovina yığmasından ayrılan çalışdırıcı üstünlüyü gənc məşqçilərə verəcək, "Mən elə adamları özümə köməkçi götürəcəm ki, sizin özünüz üçün də sürpriz olacaq" - Prosineçki quruma belə deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti