Azərbaycan və Türkiyə arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı yekun qərar qəbul olunmayıb.
Sportinfo.az xəbər verir ki, bu açıqlama ilə AFFA çıxış edib. Qurumun yaydığı açıqlamaya əsasən, hazırda AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılır.
Bildirilir ki, qarşılaşmanın həqiqətən də 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur, amma matçın tarixi hələ dəqiqləşməyib.
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş isə "TRT Spor"a verdiyi açıqlamada məsələnin dəqiqləşdiyini bildirmişdi. Onun sözlərinə görə, qarşılaşma mayın 26-da Antalyada baş tutacaq.

