"Ramil Şeydayevlə çox uzağa gedə bilməzsən"

25 Dekabr 2019 12:54 Milli komanda 1 331
"Ramil Şeydayevlə çox uzağa gedə bilməzsən"

Rusiya mətbuatı millimizin hücumçusu Ramil Şeydayevin "Dinamo"da qalacağına inanmır.

Sportinfo.az xəbər verir ki, Moskva təmsilçisinin mövsümün ilk hissəsindəki çıxışını dəyərləndirən "matçtv" azərbaycanlı futbolçunun komandadakı vəziyyətinə də toxunub. Rusiyalı həmkarlarımız hesab edir ki, 23 yaşlı forvardın paytaxt təmsilçisində qalması mümkün deyil:

"Ramil Şeydayev mövsümə əsas hücumçu kimi başlamışdı. O, yayda "Krılya Sovetov"dan azad agent statusu ilə gəlmişdi. Görünür qışda ona yeni klub axtarmalı olacaqlar. Əvvəldən bilinirdi ki, Şeydayevlə çox uzağa gedə bilməzsən. Bunu klubdakılar da dərk etdilər.

Sentyabrın əvvəlində ön xətt tamamilə iflic vəziyyətdə idi. Buna görə də İqbun "Ufa"dan icarəyə götürüldü. Nigeriyalı nə sırf mərkəz hücumçusudur, nə də çox qol vuran. Amma öz səviyyəsi hesabına Şeydayevi heyətdən kənarlaşdırmağı bacardı".

Ramil Şeydayevin "Dinamo"dakı göstəriciləri

Meydanda olduğu dəqiqələr - 501

Start heyətdə olduğu oyun sayı - 5

Vurduğu qollar - 0

Məhsuldar ötürmə - 1

Qapıya doğru vurduğu zərbələrin sayı - 8

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti