Türkiyə millisini AÇ-2020-nin final mərhələsinə çıxaran Şenol Günəş "TRT Spor" kanalının qonağı olub.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis müsahibəsində bir çox sualları cavablandırıb, qitə çempionatının Bakıda keçirəcəkləri 2 qrup oyunundan söz açıb, Azərbaycanla yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlarını bildirib.
Təcrübəli mütəxəssis yoldaşlıq görüşünün mayın 26-da Antalyada təşkil ediləcəyini deyib. "Ay-ulduzlu" komanda daha sonra Xorvatiya və İrlandiya ilə də yoxlama matçları keçirəcək.
67 yaşlı çalışdırıcı deyib ki, qitə çempionatında oynayacaqları 3 qarşılaşmadan ikisinin Bakıya düşməsi onları çox sevindirib: "Qrup matçlarımızın 2-ni Bakıda keçirəcəyimiz üçün xoşbəxtəm. Bizim üçün bundan yaxşısı ola bilməzdi. Özümüzü evimizdəki kimi hiss edəcəyik".

