Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Altınordu” növbəti oyununu səfərdə “Girəsunspor”a qarşı keçirib.
90 dəqiqə meydanda olan Budakın komandası 1:1 hesablı bərabərliyə razılaşıb. Yığmamıza Berti Foqtsun vaxtında milliləşdirilib dəvət edilən futbolçu 77-ci dəqiqədə sarı vərəqə alıb.
“Altınordu” hazırda 15 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

