Rusiyanın "Sport-express" nəşrinin müxbiri Konstantin Alekseyev qış fasiləsində "Dinamo"dan ayrılacağı gözlənilən futbolçuların adlarını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, rusiyalı jurnalistin siyahısında millimizin hücumçusu Ramil Şeydayevin də adı var. Alekseyevin fikrincə, komandanın yeni baş məşqçisi Kirill Novikov gəlişindən sonra cəmi 1 oyunda şans verdiyi 23 yaşlı forvardı sərəncamında görmək istəmir.
Qeyd edək ki, Şeydayev cari mövsümün əvvəlindən "Dinamo"nun formasını geyinir.

