Almaniya 3-cü Bundesliqasında 20-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, milli komandamızın hücumçusu Rüfət dadaşovun şərəfini qoruduğu "Proyssen" doğma meydanda "Münhen 1860"la qarşılaşıb.
Hücumçumuzun 90 dəqiqə meydanda olduğu qarşılaşmada autsayder Münster təmsilçisi evdə növbəti uğursuzluğunu yaşayıb - 0:1. Dadaşovun komandası aktivindəki 16 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb

