Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları davam edir. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Qroyter"lə qarşılaşıb.
Görüş Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov start heyətdə meydana çıxıb və sona kimi oynayıb. Millimizin üzvü 64-cü dəqiqədə penaltidən komandasının ikinci qolunun müəllifi olub.
Bununla da 29 yaşlı futbolçu 2019/2020 mövsümündə vurduğu qolların sayını 7-ə çatdırıb. "Erzgebirge" hazırda 29 xalla 4-cü pillədə qərarlaşıb.

