Yığmamızın üzvü Bundesliqada 7-ci dəfə…

21 Dekabr 2019 22:55 Milli komanda 814
Yığmamızın üzvü Bundesliqada 7-ci dəfə…

Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb.

Komandasının ikinci qolunu da Dmitri vurub. 64-cü dəqiqədə penaltidən fərqlənən futbolçu cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb. 18 turdan sonra 29 xala malik “Ersgebirge” 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti