Rövnəq Abdullayev Yurçeviçi iclasdan niyə çıxarıb?

21 Dekabr 2019 21:05 Milli komanda 2 143
Rövnəq Abdullayev Yurçeviçi iclasdan niyə çıxarıb?

Millinin baş məşqçi postundan uzaqlaşdırılan Nikola Yurçeviç AFFA rəhbərliyindən incik qalıb. Bu, onunla müqavilə vaxtından əvvəl xitam verilməsi ilə bağlı deyil.

Narazılıq ondan qaynaqlanır ki, federasiya prezidenti Rövnəq Abdullayev onu İcraiyyə Komitəsinin son iclasından kənarlaşdırıb.

Sportinfo.az-ın məlumatına görə, Yurçeviç çıxışı zamanı AFFA-nın ona vaxt verməli olduğunu iddia edib.

Balkanlı mütəxəssisin sözləri isə Abdullayevin xoşuna gəlməyib və iclas zalını yarımçıq tərk etməsini istəyib: "Məndən əvvəlki baş məşqçilərin heç biri yüksək nəticələr qazanmayıb. Azərbaycanlı məşqçilərin arasında ən yaxşısı Qurban Qurbanovdur, onun da vaxtında komanda Millətlər Liqasında qrupdan çıxa bilmədi. Burada hamının təriflədiyi Robert Prosineçki 10 xal topladı. Amma yaddan çıxarmayın ki, həmin 10 xaldan 6-sı San-Marino üzərində qələbəyə görə idi. Budəfəki Avropa çempionatının seçmə mərhələsində isə qrupda bizdən zəifi yox idi. Bir il mənim üçün azdır. Bu müddətdə heç kim ciddi işlər görə bilməz. Daha 2-3 il fəaliyyətimi davam etdirməliyəm. Gücüm ona çatdı ki, gənc futbolçuları üzə çıxartdım və şans verdim. Hakimlər bizi sıxmasaydı və bəxtsizliklə üzləşməsəydik, 1 yox, daha çox xal yığardıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti