Almaniyanın II Bundesliqasının 18-ci turunda bu gün keçiriləcək "Erzgebirge" - "Qröyter" oyunu millimizin üzvü Dmitri Nazarov üçün əlamətdar hadisə ilə yadda qala bilər.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Aue təmsilçisinin heyətində meydana çıxarsa, bu, onun yubiley matçı olacaq. Belə ki, futbolçu "Erzgebirge"nin forması ilə 100-cü oyununu keçirəcək.
2016-cı ilin yayından "Erzgebirge"də çıxış edən Nazarovun klubla 2023-cü ilə qədər müqaviləsi var.

