Ramil Şeydayevin baş məşqçisi ilə bağlı qərar verildi

20 Dekabr 2019 11:34 Milli komanda 1 148
Ramil Şeydayevin baş məşqçisi ilə bağlı qərar verildi

Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" klubunun rəhbərliyi komandanın baş məşqçisi Kirill Novikovla bağlı qərarını açıqlayıb.

Sportinfo.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssislə mövsümün sonuna qədər olan müqavilənin müddəti artırılıb. Yeni sözləşməyə əsasən, 38 yaşlı mütəxəssis 2021-ci ilin yayına qədər komandanın sükanı arxasında olacaq.

Novikovla yanaşı, köməkçiləri - Vitali Qrişin və Dmitri İzotovla da yeni müqavilə imzalanıb. Digər məşqçi Yuri Bavıkinin isə yeni anlaşmaya bir qədər gec imza atacağı bildirilib. Bundan başqa, yaxın günlərdə komandaya yeni fiziki hazırlıq üzrə məşqçi cəlb olunacağı da vurğulanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti