Futbol üzrə İspaniya kubokunda 1\64 final mərhələsinin oyunlarına start verilib. Sportinfo.az xəbər verir ki, milli komandamızın futbolçusu Eddi İsrafilovun formasını geydiyi “Albasete” bu mərhələni uğurla adlayıb.
Eddinin komandası səfərdə 3-cü liqa təmsilçisi “Tudelano” ilə qarşılaşıb. "Albasete" bu görüşdə vurduğu yeganə qolla nöbvəti mərhələyə vəsiqə qazanıb.
Eddi İsrafilov start heyətində meydana çıxıb və sonadək meydanda olub.

