Millinin 4 "qumarbaz" futbolçusunun adı niyə gizlədilir?

18 Dekabr 2019 20:50 Milli komanda 1 665
Millinin 4 "qumarbaz" futbolçusunun adı niyə gizlədilir?

Ötən həftənin cümə günü AFFA birinci divizionda oyunların nəticələrinin əvvəlcədən müəyyənləşməsində iştirakı olan futbolçuların siyahısını açıqladı və 28 nəfər ömürlük futboldan uzaqlaşdırıldı.

Sportinfo.az-ın məlumatına görə, bu, UEFA-nın AFFA-ya təqdimatı əsasında reallaşıb. Amma ki… Avropa futbol qurumunun tərtib etdiyi siyahı "qayçılanıb".

Federasiya buradan 4 futbolçunun adlarını çıxarıb. Hansılar ki, əsas və gənclərdən ibarət millilərin formasını geyinir.

AFFA-nın həmin oyunçuların kimliyini ictimaiyyətdən gizlətməkdə məqsədi var. Daha dəqiq desək, qurum "qara siyahı"ya düşən isimlərin açıqlanacağı halda, cəmiyyətdə yarana biləcək rezonansdan qorxub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti