"Nə qədər iyrənc və əlverişsiz olduğunu yaxşı bilirlər" - NAZAROV

18 Dekabr 2019 11:47 Milli komanda 927
"Nə qədər iyrənc və əlverişsiz olduğunu yaxşı bilirlər" - NAZAROV

"Erzgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarov II bundesliqanın XVII turunda "Regensburq"a minimal hesabla qalib gəldikləri oyundan danışıb. Sportinfo.az "Bild" nəşrinə istinadən xəbər verir ki, millimizin üzvü komandanın çıxışından razı qalıb:

"Regensburq" kimi komandaya qarşı ən yaxşı vasitədən istifadə etdik. Özümüzü çox rahat hiss edirdik. Hücumçuların arxasında oynadım. Bu sistem ürəyimcə oldu. Əla müdafiə olunduq və qol imkanları yaratdıq".

Qarşıdakı oyun haqda da fikirlərini bildirən Nazarov Auedə oynamağın rəqiblərə çətin olduğunu vurğulayıb: "İlin son matçını da evdə keçirəcəyik. Rəqiblərimiz Auedə oynamağın nə qədər əlverişsiz və iyrənc olduğunu yaxşı bilirlər"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti