"Azərbaycan millisini çalışdırmaqdan şərəf duyaram"

17 Dekabr 2019 14:06 Milli komanda 2 075
"Azərbaycan millisini çalışdırmaqdan şərəf duyaram"

Moldova seçməsinin baş məşqçisi Engin Fırat milli komandamızın sükanı arxasına keçəcəyi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az-a danışan türkiyəli mütəxəssis yazılanların həqiqəti əks etdirmədiyini söyləyib. Ancaq o, nə vaxtsa yığmamızı çalışdırmaq istəyini də gizlətməyib:

"Azərbaycana salamlar. Milli komandanızı çalışdırmaqla bağlı düşüncəm qətidir. Bundan şərəf duyaram. Ancaq gerçəkləri də danışmaq lazımdır. Hazırda işlədiyim yığma var. Moldova millisində yaxşı görmək üçün ciddi çalışıram. Onları yarı yolda qoymaq fikrim yoxdur. İnşallah, başqa bir vaxtda Azərbaycan millisində çalışaram. İndiki məqamda isə bu, mümkün deyil".

Fırat oktyabr ayından Moldova millisinə rəhbərlik edir. O, bundan əvvəl isə Türkiyə və Almaniya klublarında baş məşqçi və köməkçi kimi çalışıb.

2008-09-cu illərdə İran yığmasının baş məşqçisi Əli Daeinin köməkçisi olub. Türkiyəli mütəxəssis məşqçilik karyerası ərzində “Fənərbaxça”, “Sivasspor”, “Sepahan” kimi komandalarda çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti