Azərbaycan millisinin yeni baş məqçisi Engin Fırat olacaq?

16 Dekabr 2019 19:25 Milli komanda 2 810
Azərbaycan millisinin yeni baş məqçisi Engin Fırat olacaq?

Azərbaycan millisininə Engin Fırat baş məşqçi gətirilə bilər. Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mənbə bildirir ki, Nikola Yurçeviçlə yollarını ayırmasından sonra Azərbaycan tərəfi türkiyəli mütəxəssislə maraqlanır. Moldova Futbol Federasiyası ilə hələ rəsmi müqavilə imzalamayan məşqçinin Azərbaycan yığmasına gətirilməsi üçün yaxın zamanda danışıqlara başlanacaq.

Xatırladaq ki, bu ilin fevralından işə başlayan xorvatiyalı mütəxəssis Azərbaycan milli komandasının baş məşqçisi postundan ötən həftə istefaya göndərilib.

Türkiyəli baş məşqçi isə oktyabr ayından Moldova millisinə rəhbərlik edirdi. O, bundan əvvəl isə Türkiyə və Almaniya klublarında baş məşqçi və köməkçi kimi çalışıb.

2008-09-cu illərdə isə İran yığmasının baş məşqçisi Əli Daeinin köməkçisi olub. Fırat məşqçilik karyerası ərzində “Fənərbaxça”, “Sivasspor”, “Sepahan” kimi komandalarda çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti