"Azərbaycan millisinə qayıdışım mümkündür" - Prosineçki təsdiqlədi

16 Dekabr 2019 12:44 Milli komanda 1 245
"Azərbaycan millisinə qayıdışım mümkündür" - Prosineçki təsdiqlədi

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yenidən yığmamıza qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bosniya və herseqovinalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında millimizdə çalışacağını istisna etməyib: "Hər şey mümkündür, görəcəyik. Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var".

Qeyd edək ki, ötən ay Bosniya və Herseqovina millisindən ayrılan Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti