Emil Balayev "Tobol"dan ayrılır - EKSKLÜZİV

15 Dekabr 2019 13:39 Milli komanda 3 165
Emil Balayev "Tobol"dan ayrılır - EKSKLÜZİV

Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.

Sportinfo.az-ın əldə etdiyi özəl məlumata görə, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.

Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.

Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti