Millimizin üzvü Almaniyada 5-ci qolunu vurdu

14 Dekabr 2019 10:38 Milli komanda 561
Millimizin üzvü Almaniyada 5-ci qolunu vurdu

Milli komandamızın hücumçusu Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurub. Sportinfo.az xəbər verir ki, "Proyssen"in futbolçusu III bundesliqanın XIX turunun "Maqdeburq"la oyununda fərqlənib.

Oyuna start heyətdə başlayan və 90 dəqiqə meydanda olan həmyerlimiz 2:0 başa çatan görüşün 36-cı dəqiqəsində hesabı açıb. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Qeyd edək ki, "Proyssen" 19 turdan sonra 16 xalla 20 komanda arasında 18-cidir.

Digər Xəbərlər
Xəbər Lenti