Millimizin futbolçusu bu dəfə qol vurmasa da… - VİDEO

14 Dekabr 2019 10:10 Milli komanda 1 607
Millimizin futbolçusu bu dəfə qol vurmasa da… - VİDEO

Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Nazarov da bu matçın iştirakçısı olub.

Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Cari mövsümdə 6 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib. 17 turdan sonra 26 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!