AFFA Şota Arveladzeni millimizə baş məşqçi gətirir?

14 Dekabr 2019 09:14 Milli komanda 1 249
AFFA Şota Arveladzeni millimizə baş məşqçi gətirir?

Şota Arveladze Bakıya gəlib. Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Düdelanj" matçını izləyib.

46 yaşlı mütəxəssisin Bakıya gəlməsi və qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədovla birgə izləməsi Arveladzenin millimizin baş məşçisi postuna gətiriləcəyi dair iddiaları gücləndirib.

Gürcü baş məşqçi 2017-ci ildən Özbəkistanın "Paxtakor" klubunu çalışdır. Onu da əlavə edək ki, AFFA müqavilə müddəti başa çatan Nikola Yurçeviçlə yeni sözləşmə imzalamayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti