Şenol Güneşdən hər kəsi sevindirən Azərbaycan açıqlaması

14 Dekabr 2019 00:14 Milli komanda 1 303
Şenol Güneşdən hər kəsi sevindirən Azərbaycan açıqlaması

Azərbaycan yığması ilə Türkiyə milli komandası arasında yoldaşlıq oyunu keçirilə bilər. Sportinfo.az xəbər verir ki, bu barədə qardaş ölkə yığmasının baş məşqçisi Şenol Güneş məlumat verib.

O, yerli mətbuata açıqlamasında bir neçə gün öncə Bakıya səfər zamanı gördüklərindən də danışıb: “Toplanış keçəcəyimiz məkanlara baxmaq, digər məsələlərlə əlaqədar Bakıya getmişdik.

Böyük sevgi gördük. Bizi indidən bağırlarına basdılar. Toplanışla bağlı detalları və planlarımzı dəqiqləşdirmək üçün təkrar oraya gedəcəyik. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan millisi ilə yoldaşlıq oyunu da keçirə bilərik.

Təbii ki, evdə oynaycağımız duyğusunu bizə indidən yaşadırlar. Avropa çempionatının qarşılaşmalarında da möhtəşəm dəstək veriləcəyini bilirik. Bu baxımdan şanslıyıq”.

AÇ-2020-nin final mərhələsinin ilk oyununda gələn il iyunun 12-də Romada İtaliya ilə qarşılaşacaq Türkiyə yığması, növbəti iki görüşünü Bakıda – iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrəyə qarşı keçirəcək. Hər iki oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti