AFFA Yurçeviçin qalan maaşını ödəyəcək

13 Dekabr 2019 15:59 Milli komanda 1 021
AFFA Yurçeviçin qalan maaşını ödəyəcək

AFFA milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yollarını ayırsa da, xorvatiyalı mütəxəsislə müqavilənin şərtlərinə əməl edəcək.

Sportinfo.az-ın qurumdan əldə etdiyi məlumata görə, 53 yaşlı çalışdırıcının dekabrla yanaşı, yanvar və fevral ayları üçün nəzərdə tutulan məvacibi də ödəniləcək.

Xatırladaq ki, Yurçeviçin AFFA ilə gələn ilin fevralına qədər müqaviləsi var idi. İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında onunla əməkdaşlığa son qoyulması qərara alınıb.

Digər Xəbərlər
Xəbər Lenti