"Ona bizdən başqa, bütün rəqiblərlə oyunlarda uğurlar arzulayıram" - NAZAROV

11 Dekabr 2019 12:35 Milli komanda 660
"Ona bizdən başqa, bütün rəqiblərlə oyunlarda uğurlar arzulayıram" - NAZAROV

Milli komandamız və "Erzgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarov Markus Kauçinskinin Drezden "Dinamo"suna baş məşqçi təyin olunmasına münasibət bildirib.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 2013-2016-cı illərdə "Karlsrue"də 49 yaşlı mütəxəssisin başçılığı altında çıxış etmiş futbolçu sabiq məşqçisinə uğurlar arzu edib:

"O, əla məşqçidir. "Dinamo"nu yalnız təbrik edə bilərəm. O, ünsiyyətcil, açıqsözlüdür, komandanı yaxşı formalaşdıra və idarə edə bilir. Həmin vaxt "Karlsrue"də çox az resurs var idi. Amma biz əsl komanda kimi işləyirdik. Məhz bu amil onun necə yaxşı məşqçi olduğunu göstərir. Komanda ruhu hər şey deməkdir. Kauçinskiyə bizdən başqa, bütün rəqiblərlə oyunlarda uğurlar arzu edirəm".

Digər Xəbərlər
Xəbər Lenti