"Dadaşov məşqçinin etimadını doğrultdu" - Alman mətbuatı

10 Dekabr 2019 14:15 Milli komanda 654
"Dadaşov məşqçinin etimadını doğrultdu" - Alman mətbuatı

Almaniya mətbuatı milli komandamız və "Proyssen"in hücumçusu Rüfət Dadaşovun III bundesliqanın son turunda "Meppen"ə qarşı çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, "Welt" nəşri azərbaycanlı futbolçunun ona olan ümidləri doğrultduğunu yazıb: "Dadaşov meydana daxil olanda komandasının oyununa yeni nəfəs gətirməli idi. O, məşqçinin etimadını tam olaraq doğrultdu. Ancaq komanda haqda eyni sözləri demək olmaz".

Qeyd edək ki, dünənki görüşün 57-ci dəqiqəsində meydana daxil olan Dadaşov 75-ci dəqiqədə fərqlənib. Oyun isə "Proyssen"in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti