AFFA baş məşqçi məsələsində iki yerə parçalandı - YURÇEVİÇ, YOXSA PROSİNEÇKİ?

7 Dekabr 2019 16:30 Milli komanda 1 571
AFFA baş məşqçi məsələsində iki yerə parçalandı - YURÇEVİÇ, YOXSA PROSİNEÇKİ?

Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək Saat 10:00-da başlayacaq iclasın gündəliyinə 13 məsələ daxil edilib.

Onlardan biri də əsas millinin baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı və onun müzakirəsidir.

Xorvatiyalı mütəxəssisin AFFA ilə müqaviləsi gələn ilin fevralında bitəcək. İK ayın 13-də bu məsələyə baxacaq ki, onunla yeni müqavilə uzadılsın, ya vaxtından əvvəl xitam verilsin.

Sportinfo.az-da olan məlumata görə, komitə üzvləri iki yerə parçalanıb. Bir qismi hesab edir ki, tez-tez baş məşqçi dəyişmək komandanı vəziyyətdən çıxarmayacaq və futbolumuzun imicinə növbəti zərbəni vuracaq. AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov hazırkı çalışdırıcının qalmasının tərəfdarıdır.

Rövnəq Abdullayev və daha bir neçə üzv isə əksini fikirləşir. Onlara görə, yığmanın son seçmə mərhələdə 1 xal toplaması böyük uğursuzluqdur və bu, Yurçeviçin etimadı doğrultmaması deməkdir.

AFFA prezidenti xorvat mütəxəssisin yığmada nizam-intizam yarada bilməməsindən çox məyus olub. Abdullayev hesab edir ki, Robert Prosineçkini Azərbaycana qaytarmaq ən düzgün yoldur. Bugünlərdə Bosniya və Herseqovina yığmasından ayrılan Prosineçki ilə artıq bir neçə dəfə əlaqə yaradılıb.

Digər Xəbərlər
Xəbər Lenti