Millimizin üzvü üçün 90 dəqiqə, sarı vərəqə və 1 xal

6 Dekabr 2019 16:59 Milli komanda 652
Millimizin üzvü üçün 90 dəqiqə, sarı vərəqə və 1 xal

İspaniya La Liqasında XIX tura start verilib. Sportinfo.az xəbər verir ki, açılış oyununda milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Albasete" "Ekstramadura"nı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Start heyətdə meydana çıxan və oyunu əvəzlənmədən başa vuran İsrafilov 33-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 27-yə çatdıran "Albasete" 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti