Dadaşov komandasını məğlubiyyətdən xilas edə bilmədi

1 Dekabr 2019 11:30 Milli komanda 985
Dadaşov komandasını məğlubiyyətdən xilas edə bilmədi

Almaniyanın 3-cü Bundesliqasında 17-ci turun görüşləri keçirilib. Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Valdhof"la qarşılaşıb.

Meydana 72-ci dəqiqədə çıxan 28 yaşlı Dadaşovun komandası Manhaym təmsilçisi ilə dueldən məğlub ayrılıb - 1:3.

Münster təmsilçisi 17 turdan sonra aktivindəki 13 xalla 19-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!