Robert Prosineçki millimizin bir addımlığında

30 Noyabr 2019 21:20 Milli komanda 2 048
Robert Prosineçki millimizin bir addımlığında

Robert Proisineçkinin Azərbaycan millisinin baş məşqçi postuna təyinatı dekabrın ilk 10 günlüyündə gerçəkləşə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina mətbuatı məlumat yayıb. İddiaya görə, bir neçə gün öncə istefa verən xorvatiyalı mütəxəssis işsiz qalmayacaq. Onun gələn ayın əvvəllində yenidən iş başında olacağı vurğulanıb.

Bosniya ilə yanaşı, Xorvatiya mətbuatında da Prosineçkinin 2014-2017-ci illərdə çalışdırdığı millimizə mümkün qayıdışı haqda məlumat yayılıb.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda qonaq olduğu Azərbaycan radiosu və İdman TV-nin canlı efirində yığmamızın hazırkı çalışdırıcısı Nikola Yurçeviçin işindən narazı olduqlarını, dekabr ayının ilk on günlüyündə nəzərdə tutulan İcraiyyə Komitəsinin iclasında bu məsələnin müzakirə olunacağını bildirərək, dolayı yolla xorvatiyalı çalışdırıcının istefaya göndəriləcəyini anons etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti