Milli komandamızın hücumçusu Renat Dadaşov Portuqaliyada “Pakuş de Ferreyra”da az oynasa da, müxtəlif klubların diqqət mərkəzinə düşməyi bacarıb.
Sportinfo.az-a daxil olan məlumata görə, “Boavişta” gənc futbolçunun xidmətində maraqlıdır. Portu klubu “Pakoş de Ferreyra”da çıxış edən 20 yaşlı hücumçunu “Vulverhempton”dan birdəfəlik transfer etmək niyyətindədir. Artıq “Boavişta” rəhbərliyi İngiltərə klubu ilə danışıqlara başlayıb. Əgər danışıqlar müsbət yekunlaşarsa, Renat “Vulverhempton”da bir oyuna belə çıxmadan “Boavişta”ya keçəcək.
“Neftçi”nin kapitanı Emin Mahmudov və yığmamızın sabiq qapıçısı Kamran Ağayev də vaxtilə “Boavişta”nın formasınını geyiniblər.

