Azərbaycan millisinin hücumçusundan yeni xəbər

29 Noyabr 2019 00:52 Milli komanda 834
Azərbaycan millisinin hücumçusundan yeni xəbər

Almaniyanın III liqasında - "Proyssen"də çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb. Sportinfo.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu artıq dünəndən etibarən məşqlərə start verib.

Oyunçunun növbəti tur "Valdxor"la matçda meydanda ola biləcəyi ehtimal olunur. Dadaşov açıqlamasında həmin qarşılaşmada komandasına kömək etmək istədiyini vurğulayıb.

Rüfət Dadaşov zədə səbəbindən AVRO-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə qarşılaşmalardan kənarda qalıb. Noyabrın 30-da keçiriləcək "Proyssen" - "Valdxor" matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti