Millimiz 3 pillə gerilədi

28 Noyabr 2019 13:30 Milli komanda 775
Millimiz 3 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yığmamız oktyabrla müqayisədə 3 pillə geriləyərək, 114-cü yerə düşüb. Komandamızın aktivində 1177 xal var.

Yığmamızın ən yaxın izləyicisi Kosovodur - 1174 xal. 113-cü yerdə isə Tailand komandasıdır - 1178.

Reytinq cədvəlinə 1765 xalla Belçika başçılıq edir. Fransa (1733) 2-ci, Braziliya (1712) 3-cü yeri tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti